SOCAR-ın baş ofisində “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. O, həmçinin son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji layihələr, bu sahədə beynəlxalq əməkdaşlıq və gələcəkdə planlaşdırılan işlər haqqında geniş məlumat verib.
Daha sonra BP-nin Azərbaycan-Gürcütan-Türkiyə üzrə regional prezidenti Qari Cons çıxış edərək BP ilə Azərbaycan arasında 25 illik uğurlu əməkdaşlıq və ətraf mühitin mühafizəsi istiqamətində SOCAR ilə birlikdə bir sıra uğurlu layihələr haqqında məlumat verib. Çıxışının sonunda Q.Cons SOCAR-ın ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə BP-nin ali mükafatını təqdim edib.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi sahəsində SOCAR və BP əməkdaşlığının əsas uğurlarından biri 20 ildən artıq müddətdə şamda yandırılan qazın həcminin 2%-ə qədər endirilməsi olub. Bu uğura görə daha əvvəl SOCAR Dünya Bankının ali mükafatına layiq görülmüşdü.
Tədbirdə, həmçinin Azərbaycan Televiziyası tərəfindən hazırlanmış ətraf mühitin mühafizəsi sahəsində SOCAR-BP əməkdaşlığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda ətraf mühitin mühafizəsi sahəsində uğurlu fəaliyyətlərinə görə seçilən BP və SOCAR əməkdaşları mükfatlandırılıblar.
Təhsil-press.az