Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov KİV-ə ilk müsahibəsini verib.
O, Lider TV-yə verdiyi qısa müsahibədə qurumun gələcək fəaliyyəti və qarşıda duran prioritetlər haqqında danışıb.
V. Hüseynov bildirib ki, Miqrasiya Xidmətindəki fəaliyyəti ilk növbədə Prezidentin qarşıya qoyduğu vəzifələrin tam icra edilməsinə yönəldiləcək.
Sədr kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də sözlərinə əlavə edib: “Əsas məsələ ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar”.
Yeni rəis jurnalistlərlə açıq şəkildə işləyəcəklərini də vurğulayıb.
Tehsil-press.az