
İclasda AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, gənc alim və mütəxəssislər şurasının fəaliyyətini təkmilləşdirmək və gənc əməkdaşların bu qurumun elmi-ictimai həyatında fəal iştirakını təmin etmək qarşıda duran əsas məsələlərdəndir. R.Əliquliyev AMEA-nın prezidenti, akademik Akif Əlizadənin gənclərə xüsusi diqqət yetirdiyini, onların inkişafı, potensialının artırılması üçün kompleks tədbirlər gördüyünü qeyd edib. Bildirib ki, akademiyanın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətlərinə dəstək vermək, onları yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir. Alim, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda AMEA-nın qarşısına mühüm vəzifələrin qoyulduğunu vurğulayıb.
İnstitut rəhbəri qeyd edib ki, AMEA-nın və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Gənc Alimlərin I Qurultayının əsas məqsədi akademiyada fəaliyyət göstərən gənclərin qarşısında duran problemlər və onların həlli yollarının müzakirəsidir.
Sonra gənc alim və mütəxəssislər şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Hikmət Əliyev