Rektor “Gənc müəllimlər” məktəbində mühazirə oxuyub

Rektor “Gənc müəllimlər” məktəbində mühazirə oxuyub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ötən ildən fəaliyyət göstərən “Gənc müəllimlər” məktəbində dərslər başlayıb.
Rektor Gülçöhrə Məmmədova ilk dərs günündə gənc müəllimlərə “Müasir ali təhsil, onun inkişaf yolları” mövzusunda mühazirə oxuyub. Rektor çıxışında “Gənc müəllimlər” məktəbinin universitetdə yeni çalışan gənc müəllimlərin yetişdirilməsinə və formalaşdırılmasına dəstək olacağını vurğulayıb. Təhsildə ən ciddi problemlərdən biri olan kadr hazırlığı məsələsinə toxunan rektor bu sahədə çalışan yaşlı nəslin nümayəndələrinin müasir təfəkkürlü, müasir texnologiyalara bələd olan gənclərlə əvəz olunmasının, yeni nəsil müəllim ordusunun yetişməsinin vacibliyini diqqətə çatdırıb. O, layihənin gənc müəllimlərə dəstək olduğunu, bu məqsədlə onlar üçün seminarlar, təlimlər təşkil ediləcəyini bildirib. Rektor dərslərin keyfiyyətini artırmaq üçün bu il praktik dərslərə daha çox üstünlük veriləcəyini deyib.
Rektor mühazirəsində müasir müəllimə verilən tələblərdən danışıb, ali təhsilin prioritetlərinin yeni dövrdə dəyişilməsi, təhsilin keyfiyyətinin artırılması məsələlərinə toxunub, innovasiyaların və İKT-nin tədrisə tətbiqinin vacibliyini vurğulayıb.

AzMİU-nun Mətbuat xidməti


Rektor “Gənc müəllimlər” məktəbində mühazirə oxuyub

Oxşar xəbərlər