İran prezidenti nazirləri təcili topladı - Tapşırıqlar verdi

İran prezidenti nazirləri təcili topladı - Tapşırıqlar verdi Prezident Donald Trampın ABŞ-ın İran ilə Qərb dövlətləri arasında imzalanmış sazişdən birtərəfli qaydada çıxmasını bəyan etdikdən sonra İran Nazirlər Kabinetinin təcili iclası keçirilib.
Tehsil-press.az prezident Həsən Ruhaninin sədrliyi ilə keçən iclasda İranın bundan sonra atacağı addımlar nəzərdən keçirilib.
H.Ruhani nazirliklərə müvafiq göstərişlər verib.
Məlumat üçün bildirək ki, 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair saziş imzalanmışdı. ABŞ isə sazişi pozaraq bu razılaşmadan çıxdığınaı elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər