Azərbaycanda sosial sığorta ödənişlərinin optimallaşdırılması üzrə qanun layihəsi hazırlanır. Tehsil-press.az-n məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri İctimai Birliyinin (TÜİB) Ümumi Şurasının bu gün keçirilən iclasında deyib. Nazir müavininin sözlərinə görə, həmçinin əmək münasibətlərinin modernləşdirilməsi ilə bağlı təkliflər hazırlanır.
Tehsil-press.az
Tehsil-press.az