Şərqşünaslıq İnstitutu ilə Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

Şərqşünaslıq İnstitutu ilə Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənəddə tərəflər arasında elm və təhsil sahələrində əməkdaslığın inkisafı, təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların və araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.
Memorandumu Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və Batumi Dövlət Universitetinin rektoru, professor Merab Хalvaşi imzalayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər