ADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb

ADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb Aprelin 20-də Azərbaycan Dillər Universiteti ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Memorandum ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla və Pekin Xarici Dillər Universitetinin rektoru professor Peng Long tərəfindən imzalanıb.
Sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə akademik konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla cənab Peng Long rəhbərlik etdiyi nümayəndə heyətini ADU-da görməkdən şad olduğunu bildirib.
Rektor deyib ki, universitetlər arasında imzalanan bu müqavilə geniş əməkdaşlıq üçün böyük imkanlar yaradacaq.
Kamal Abdulla əmin olduğunu bildirib ki, bu müqavilənin imzalanması Azərbaycan və Çin arasında da mövcud münasibətlərin inkişafına müsbət təkan verəcək.
ADU-da Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini qeyd edən rektor institut əməkdaşlarının bu günlərdə ADU tələbələrinin təcrübə keçdiyi məcburi köçkün məktəblərində olduğu, tələbələrlə birgə Çin dili və mədəniyyəti ilə bağlı viktorina təşkil etdiyi haqqında məlumat verib.
Kamal Abdulla bildirib ki, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin bir çoxu Çin dilini öyrənmək arzusundadırlar: “Bu bizim Çinə olan məhəbbətimizin bir göstəricisidir, Azərbaycan xalqının Çin xalqına olan rəğbətindən irəli gəlir”.
Pekin Xarici Dillər Universitetinin rektoru professor Peng Long universitetləri arasında bu müqavilənin imzalanmasına görə çox şad olduğunu bildirib.
Peng Long deyib ki, rektor Kamal Abdullanın rəhbərliyi altında Azərbaycan Dillər Universiteti günü-gündən inkişaf edir: “Biz sizdən çox şey öyrənə bilərik. Azərbaycan Dillər Universitetinə daxil olduğumuz andan etibarən rektorun mükəmməl idarəçiliyinin şahidi olduq”.
Peng Long məlumat verib ki, əsası 1941-ci ildə qoyulan universitetdə hazırda 17 fakültədə 97 növ ixtisas tədris olunur: “Bu gün universitetdə ümumilikdə 98 dil tədris olunur ki, bu da nəinki Çin üzrə, hətta dünyada ən böyük göstəricilərdən biridir. 2020-ci ildə 100 xarici dilin tədris olunması nəzərdə tutulur”.
Pekin Xarici Dillər Universitetinin rektoru ərəb dilinin öyrənliməsi ilə bağlı təcrübə mübadiləsində, ərəb ölkələri ilə bağlı ADU ilə birgə tədqiqatların aparılmasında maraqlı olduqlarını da sözlərinə əlavə edib.
Tarixən Azərbaycan və Çin arasında sıx əlaqələr olduğunu bildirən Peng Long bu müqavilənin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra ADU rəhbərliyi Çinli nümayəndələri ADU-da fəaliyyət göstərən Konfutsi İnstutu il tanış edib.

ADU-nun Mətbuat Xidməti


ADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıbADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıbADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıbADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıbADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıbADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıbADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıbADU ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb

Oxşar xəbərlər