Ərdoğana sui-qəsd hazırlanıb - Kəşfiyyat hərəkətə keçdi

Ərdoğana sui-qəsd hazırlanıb - Kəşfiyyat hərəkətə keçdi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Balkan ölkələrinə ziyarəti zamanı bir qrup türkəsilli şəxslər tərəfindən sui-qəsd hazırlanması xəbəri kəşfiyyat orqanlarını hərəkətə keçirib.
Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər "Prezident Ərdoğana Balkan ölkələrinə ziyarəti zamanı sui-qəsd cəhdi olacaq" deyə xəbərdarlıq ediblər. Müxtəlif mənbələrdən gələn bənzər məlumatlar Türkiyənin xüsusi xidmət orqanlarını hərəkətə keçməyə vadar edib. Sui-qəsd planı, gerçəkləşdirləcəyi gün, yer, planlanan metod - digər məsələlərlə bağlı araşdırmalara başlanılıb.
***
Məsələ ilə bağlı hökumət sözçüsü Bekir Bozdağ açıqlama verib: "Prezidentə sui-qəsd xəbərləri yeni deyil və hər zaman olub. Ərdoğan təzyiq, hədə və ölüm qorxusuyla yolundan dönəcək biri deyil. Bu qədər baş verənlərdən sonra bunu bilməyənlər axmaqlardır".

Tehsil-press.az

Oxşar xəbərlər