Braziliyada uşaq doğmağın qadağan olduğu Fernando de Noronha adasında 12 il sonra ilk uşaq doğulub.
22 yaşlı bir gənc qadın hamiləliyin fərqində olmayıb və doğuş etmək məcburiyyətində qaldığını bildirib.
İllər sonra yaşanan ilk doğuşa görə sevinən yerli xalq həmin ailəyə yardımlar etməyə başlayıblar.
Qeyd edək ki, 3 min nəfər əhalisi olan ada dünyanın ən gözəl sahillərindən birinə sahibdir. Ada sualtı ehtiyatları ilə də zəngindir.
Yerli idarəetmə orqanları təbii ehtiyatları qorumaq məqsədilə adada əhali artımına icazə vermir. Hamilə qadınların başqa yerə köçmələri tələb edilir.
Tehsil-press.az