Xəbər verildiyi kimi, iyunun 18-də Rusiyanın Kareliya Respublikasında “Park-hotel Syamozero” sağlamlıq düşərgəsindən olan instruktor və uşaqlar qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Göyərtələrində 50-dən çox adamın olduğu üç qayıq aşaraq batıb.
Tehsil-press.az bildirir ki, Syamozero gölündə bataraq hələk olanların sayı artıq 14-ə çatıb. Xilasedicilərin işini pis hava şəaraiti bir qədər də çətinləşdirib.
Xatırladaq ki, gölə istrirahət etmək üçün gələn 51 nəfərdən ibarət qrupun yalnız 4 nəfəri böyük, qalanları isə 12-15 yaşlı uşaqlardan ibarət olub. Qeyd edilir ki, ölən uşaqlar xilasedici jileti olmadığına görə boğulublar. Hadisə göldə qəfil başlayan fırtına nəticəsində baş verib.
Belə ki, qayıqlar çevrilib və turist qruplarının üzvləri suya tökülüblər. Hadisə baş verən zaman onlardan bir qrupu gölün sahilindən 2 km uzaqlıqda adada yerləşiblər. Xilasedicilər adada olan hər kəsi evakuasiya edib. 5 uşaq xəstəxanaya çatdırılıb. Xilas edilənlərin hər birinə psixoloji və tibbi yardım göstərilib. Xilas etmə işlərinə 326 canlı, 47 texniki qüvvə cəlb edilib.
Tehsil-press.az