“Trampı restoranıma buraxmaram” - Yenə prezidentə sataşdı

“Trampı restoranıma buraxmaram” - Yenə prezidentə sataşdı “Oskar” mükafatçısı Robert De Niro ABŞ prezidenti Donald Trampla bağlı qalmaqallı açıqlama verib.
Aktyor-rejissor Trampın olduğu yerdə bir dəqiqə belə qala bilməyəcəyini, onu hətta restoranına buraxmayacağını deyib:
“O mənim restoranıma gəlsə, mən oranı tərk edərəm. Onu restoranlarımın heç birinə buraxmaram”.
Restoranlar şəbəkəsinin sahibi olan De Nirodan fərqli olaraq, biznes-tərəfdaşı və “Nobu” restoranının baş aşbazı Matsuhisa aktyorla prezidenti yan-yana görmək istədiyini deyib.
Xatırladaq ki, De Niro daha əvvəl də Trampın ünvanına sərt sözlər səsləndirmiş, onu “axmaq” adlandırmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər