
Araz Ağalarov onu da qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp onun ad günü münasibətilə təbrikinə cavab verib.
“Əgər yayda qeyd etdiyi ad günü münasibətilə təbrikimi nəzərdə tutursunuzsa, əlbəttə ki, cavab verdi. Çox xoş təşəkkür məktubu idi”, - milyarder deyib.\
Prezident seçkilərində qələbəsi münasibətilə təbrikə Trampın cavab verib-vermədiyi ilə bağlı suala Araz Ağalarovun reaksiyası belə olub ki, Trampın hazırda buna vaxtı və imkanı yoxdur: “Düşünürəm ki, indi onun buna nə vaxtı, nə də imkanı var. Ümumilikdə, Amerikada Tramp əleyhinə isterika davam edir. Onlar (Trampın əleyhdarları – red.) davam edirlər... Bilmirəm, nəyə ümid edirlər – impiçmentə, yaxud başqa nəyəsə. Lakin ümumilikdə onu qaralamaq üçün kifayət qədər ciddi qüvvələr səfərbər olunub”.
Araz Ağalarov onu da vurğulayıb ki, Donald Trampın inauqurasiya mərasiminə qatılmayacaq: “Yox, planlaşdırmıram...”
Tehsil-press.az