Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlandı Hazırda Azərbaycanda 500-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir.
Bunu Bakıda 25-ci Xəzər Neft Qaz konfransı münasibətilə keçirilən qəbulda Böyük Britaniyanın baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolson bildirib.
O qeyd edib ki, Britaniya Azərbaycanla münasibətlərdə ümidverici sahələri nəzərdən keçirəcək. “Bu sahələrə təhsil, iqtisadiyyat, qeyri-neft sektoru daxildir”- deyə o, bildirib.
Onun sözlərinə görə, neft-qaz Azərbaycan və dünya üçün mühüm əhəmiyyət kəsb etməkdə davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər