Kəmaləddin Heydərov təcili Zaqatalaya gedib

Kəmaləddin Heydərov təcili Zaqatalaya gedib Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərov əraziyə gedib. Nazirlə bərabər Zaqatalaya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli və əməkdaşları da yollanıb.
Qurban Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq.
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Zaqatala İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus tikililərdə və yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.
***
Hazırda rayonda baş vermiş zəlzələ ilə fövqəladə iclas keçirilir.
İclasa rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov rəhbərlik edir. Toplantıda zəlzələ nəticəsində rayona dəymiş ziyanının həcmi barədə müzakirələr aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər