Çilidə sunami təhlükəsi ləğv olundu

Çilidə sunami təhlükəsi ləğv olundu Çili hökuməti dekabrın 25-də baş verən güclü zəlzələdən sonra Los-Laqos regionunda sunami təhlükəsini ləğv edib.
Tehsil-press.az-ın verdiyi xəbərə görə, bunu Çilinin fövqəladə hallar üzrə milli idarəsinin rəisi Rikardo Toro bəyan edib.
“Las-Loqos regionunda sunami təhlükəsi ləğv olunub”, - deyə R.Toro bildirib.
Qeyd edək ki, bu gün Çilidə baş verən 7,7 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilmişdi. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
* * *20:36
Bu gün Çili sahillərində növbəti zəlzələ baş verib.
Tehsil-press.az-ın verdiyi məlumata görə, ABŞ Geologiya Xidməti 7,7 maqnitudalı zəlzələnin ocağının Kelon şəhərindən 73 km qərbdə, 15 km dərinlikdə yerləşdiyini açıqlayıb.
Sunami təhlükəsi elan edilib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bundan əvvəl Çilinin Boliviya ilə sərhədində. İkike şəhərindən 147 km şərqdə 5,4 maqnitudalı zəlzələ baş vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər