Hazırda Təhsil Nazirliyi tərəfindən doktorantura təhsilinin təkmilləşdirilməsi, Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar Avropa Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası və bir sıra təhsil müəssisələrinin iştirakı ilə müqavilə layihəsi reallaşdırılıb.
Bu fikirləri təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Gənc Alimlərinin I Qurultayında deyib.
Nazir müavini qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəsinin aparılması, ölkəmizdə doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud təsnifata uyğunlaşdırılmasından ibarətdir. Müqavilə səviyyəsində doktorantura səviyyəsində keyfiyyətin təminatı, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən vahid portalın yaradılması nəzərdə tutulub. Tədqiqat universitetlərinin mövcudluğu, ali məktəblərə bu statusun verilməsi vacibdir. Bu barədə layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Ceyhun Bayramov məlumat verib ki, son illər qəbul imtahanlarında 500 bal toplayanların sayı 28, 600 bal toplayanların sayı 43 faiz artıb. Son qəbul imtahanında 700 bal toplayanların sayında da 50 faiz artım müşahidə edilib.
Hüseyn Şərifov