Təbiət qoynunda istirahəti seçənlər, elə gecəni də təbiət qoynunda, çadırda keçirmək istəyir. Son vaxtlar, xüsusilə də gənclər arasında kamp turlarına maraq artıb.
Bu turu seçənlər gecəni ev və ya oteldə deyil, çadırda keçirməli olur. Maraq, əyləncə, adrenalin həvəskarı olanlar bu cür turlara daha çox üstünlük verirlər.
Tur təşkilatçısı Fariz Hacıyev deyir ki, bu turlar daha çox məsuliyyət tələb edir. Çünki gecəni çadırda keçirən insanlar təhlükəsizliklə tam təmin olunmalıdır. Buna görə onlar də özləri ilə 40-dan artıq turist aparmırlar.
Lakin bütün bunlara baxmayaraq, çadırda yatmaqdan qorxub, gecəni oyaq qalanlar da olur.
Hər turda 6 -18 arası çadır qurulur ki, 1 çadırda da 2 və ya 3 nəfər gecəliyə bilir. Onlara hava döşəkləri, yastıq və yorğan verilir. Belə turlar, əsasən Quba, Oğuz, Şəki və Lerikdə, meşəlik ərazisində reallaşdırılır. Qiymətlər isə bir gün üçün 50-80 manat arasında dəyişir.
Tehsil-press.az