Ağır yol qəzası baş verib, çox sayda ölən və yaralananlar var

Ağır yol qəzası baş verib, çox sayda ölən və yaralananlar var Meksikanın Çyapas ştatında yük maşını bir neçə maşınla toqquşduqdan sonra Tustla-Qutyerres şəhəri yaxınlığında dirəyə çırpılıb.
Qəza nəticəsində azı 7 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Yük maşınının sürücü hadisə yerindən qaçmağa çalışıb, lakin polis əməkdaşları onu saxlayıb. Onun sözlərinə görə, yük maşınının əyləc sistemində problem yaşanıb.

Tehsil-press.az

Oxşar xəbərlər