Hacıqabul rayonunun Muğan qəsəbəsində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu qətlə yetirdiyi xalası qızı – 24 yaşlı Məlikli Rəvanə Məlikağa qızı ilə nişanlanmağa hazırlaşırmış.
İlkin araşdırmaar zamanı məlum olub ki, A.İsmayılzadənin böyük qardaşı Rəvanənin bacısı ilə ailə həyatı qurub. Bu yaxınlarda isə o, gəlinlərinin bacısı, yəni xalasının kiçik qızı ilə nişanlanacaqmış. Rəvanə ilə Ayəddin arasında sevgi münasibətinin olduğu bir çoxlarına məlum imiş.
O, xalası qızının boğazını kəsdikdən sonra bıçağı onun sinəsinə sancıb. Daha sonra polis şöbəsinə gedən gənc oğlan qətli qısqanclıq zəminində törətdiyini deyib. Lakin o, şok vəziyyətində olduğundan məntiqli və konkret səbəb göstərə bilməyib.
O da məlum olub ki, sevgilisi olan xalası oğlu tərəfindən öldürülən 24 yaşlı Rəvanə dindar imiş və bu yaxınlarda İranda Məşhəd ziyarətində olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tehsil-press.az