Doğum günündə özünü güllələdi - Azərbaycanda ailə faciəsi

Doğum günündə özünü güllələdi - Azərbaycanda ailə faciəsi Ötən gecə Şabran rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Rayonun Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu atasının gözü qarşısında özünü güllələyərək öldürüb.
İlkin məlumata görə, 25 yaşlı Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Belə ki, dünən onun doğum günü imiş. Fərdi təsərrüfatla məşğul olan, sakit təbiətli və zəhmətkeş şəxs kimi xarakterizə olunan gənc qəfil evdəki tüfəngi götürərək başına dirəyib. Atası ona mane olmağa çalışsa da, Müşfiq İbrahimov üzrxahlıq edib, halallıq istəyərək atəş açıb. O, yerindəcə keçinib.
Hadisə vaxtı Müşfiqin anası və bacısı da evdə olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər