14 yaşlı qızın anası tərəfindən qətli ilə bağlı Prokurorluqdan rəsmi açıqlama

14 yaşlı qızın anası tərəfindən qətli ilə bağlı Prokurorluqdan rəsmi açıqlama Avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın evində münaqişə zəminində 1981-ci il təvəllüdlü qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

Sabunçu Rayon Prokurorluğundan Tehsil-press.az-a bildiriblər ki, hadisə ana ilə qızının arasındakı münaqişə nəticəsində baş verib. Bir ilə yaxın ana ilə qızı küsülü olub. Masallı rayonundan olan ailədə ana Z.Cəfərova ilə qızı - 14 yaşlı E.Cəfərova arasında tez-tez mübahisə və davalar baş verib. E.Cəfərova anası ilə sonuncu dəfə qətlə yetirildiyi gün dalaşıb və onu təhqir edib. Təhqirlərə dözməyən ana qızını yaylıqla boğaraq öldürüb.
Qızın zorlanması barədə yayılan məlumatlara gəlincə isə, prokurorluqdan bu faktı təkzib ediblər: "Hadisənin qızın zorlanması səbəbindən baş verməsi ilə bağlı yayılan məlumatlar tam əsassızdır".

Tehsil-press.az

Oxşar xəbərlər