Azərbaycan və İtaliya əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edəcək

Azərbaycan və İtaliya əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edəcək İtaliya XİN-in baş katibi Elizabet Belloninin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək. Bunu Trend-ə İtaliyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, E.Belloninin Azərbaycana səfəri sabah başlayacaq. Səfər zamanı İtaliya XİN-in baş katibi yüksək səviyyəli görüşlər keçirəcək, müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlər müzakirə ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər