![Paolo Centiloni: İtaliya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əlindən gələni edəcək [YENİLƏNİB]](http://azertag.az/files/galleryphoto/2016/3/1000x669/1478537258810534929_1000x669.jpg)
Tehsil-press.az xəbər verir ki, bu sözləri noyabrın 7-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir Elmar Məmmədyarov İtaliyanın neft-kimya sahəsində çoxlu şirkətlərinin nümayəndələrinin ölkəmizə gəldiyini bildirib. O, ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən Paolo Centiloni ölkələrimiz arasında çox yaxın münasibətlərin olduğunu vurğulayıb. O, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparıldığını bildirib. İtaliyalı nazir TAP və TANAP kimi layihələrin ölkələrimiz arasında yalnız enerji istiqamətində deyil, digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Tehsil-press.az