Donald Tramp noyabrın 8-10-da Çində səfərdə olacaq

Donald Tramp noyabrın 8-10-da Çində səfərdə olacaq ABŞ prezidenti Donald Trampın Çinə səfəri zamanı iki ölkə arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə ediləcək.
Tehsil-press.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kan bəyan edib. O, Birləşmiş Ştatlar prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti əsasında noyabrın 8-dən 10-dək Çində dövlət səfərində olacağını bildirib.
Lu Kan Çinin Donald Trampın səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni və güclü təkan vermək baxımından uğurlu keçməsi üçün ABŞ tərəfi ilə əməkdaşlığa hazır olduğunu deyib.
Qeyd edək ki, D.Tramp Çinə Asiya turnesi çərçivəsində səfər edəcək. ABŞ Prezidenti turneyə noyabrın 5-də Yaponiya səfəri ilə başlayacaq. O, daha sonra Koreya Respublikasına, noyabrın 8-də isə Çinə səfər edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər