Erməni politoloq Rusiyadan qovulub

Erməni politoloq Rusiyadan qovulub Məşhur erməni politoloq Stepan Qriqoryan Rusiyada “arzuolunmaz şəxs” elan edilib.

Rusiya XİN-də brifinqdə çıxış edən mətbuat katibi Mariya Zaxarova bildirib ki, Qriqoryanın Moskva hava limanından deportasiyasını izah edən sənədlər Ermənistan XİN-ə göndərilib.
Tehsil-press.az LİGE.net-ə istinadən xəbər verir ki, siyasətçinin özünün sözlərinə görə, Rusiyada onun “arzuolunmaz şəxs” elan edilməsini Ermənistan XİN-dən öyrənib.
Qloballaşma və regional əməkdaşlıq üzrə Analitik mərkəzin rəhbəri olan Stepan Qriqoryan Moskvanın Şeremetyevo hava limanından avqustun 30-u deportasiya olunub. O, Moskvaya atasının qəbrini ziyarət etməyə gəlibmiş.

Tehsil-press.az

Oxşar xəbərlər