Bakıda Qarabağ beynəlxalq forumu keçirildi

Bakıda Qarabağ beynəlxalq forumu keçirildi İyulun 2-də Bakıda Qarabağ beynəlxalq forumu keçirilib.
Forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə vurulan zərərlə bağlı müzakirələr aparılıb.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov tədbirdə çıxış edərək əsas məqsədin Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, Bərdə şəhərində davam edəcək forumun yekununda gənclər tərəfindən qətnamə qəbul olunacaq. Həmin sənəd Avropa Gənclər Parlamentinin Berlində yerləşən ofisinə təqdim ediləcək.
Forum “Qarabağ Qafqazın mədəniyyət mərkəzidir” adlı konsert proqramı ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər