Hindistanın Karnataka əyalətində kök polislərə arıqlamaq şərti qoyulub.
Karnataka bölgə polis rəisi Bhaskar Rao son zamanlar artıq çəkilər səbəbindən 100-dən çox polisin ölümündən sonra belə bir qərar aldıqlarını deyib.Əyalətdə 14 min polisin olduğunu deyən Rao "İşçilərimiz təhlükəsizliyi təmin etməklə yanaşı, zorakılıq əleyhinə əməliyyatlarda da iştirak edirlər. Bu səbəbdən kök olanların müəyyən edilməsi və davamlı pəhriz, idman proqramı vasitəsilə onların arıqlamasını tövsiyə etdik" söyləyib.
Rao bildirib ki, arıqlamaqla bağlı qaydalara əməl etməyən polislərin müqaviləsinin dondurulması və işdən kənarlaşdırılması cəzası nəzərdə tutulub.
Tehsil-press.az