Nazir 97 nəfəri seçdi

Nazir 97 nəfəri seçdi Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən tehsil-press.az-a verilən məlumata görə, tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı və Naftalan şəhər və rayonlarından qəbul üçün müraciət edən 72 vətəndaş iştirak edib.
Qəbuldan sonra kütləvi informasiya vasitələrində əvvəlcən verilmiş elanlara uyğun olaraq, yuxarıda adları çəkilən şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirilib.
Sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 300 gənc iştirak edib. Onların arasından daha hazırlıqlı olan 12-si polisin və Daxili Qoşunların sıralarında xidmətə, 85 iddiaçı isə mülki işçi vəzifələrinə namizəd kimi seçilib. Həmin şəxslərin sənədlərinin hazırlanması üçün aidiyyəti üzrə müvafiq göstəriş verilib.


Tehsil-press.az

Oxşar xəbərlər