"Reina" terrorçusu polislərə şərt qoydu: "Əgər danışmağımı istəyirsinizsə..."

"Reina" terrorçusu ilə əlaqədar son dəqiqə xəbərləri gəlməkdə davam edir.

Tehsil-press.az "Milliyet"ə istinadla bildirir ki, əldə edilən məlumata görə, 39 nəfərin qatili Abdulqadir Maşaripov polislərə şərt qoyub. O, polisə davamlı olaraq uşaqlarından danışıb. Terrorçu polislərdən oğlunu qısa zamanda tapmağı istəyib. Abdulqadir ifadəsi zamanı deyib:
"Əgər danışmağımı istəyirsinizsə, istədiyimi edin. Uşağımı tapın, sizə yeni məlumatlar verim".
Qeyd edək ki, polis bir neçə ünvana basqın etsə də, İŞİD-çilərin əlində olan uşaq hələ tapılmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər