Səudiyyə Ərəbistanı qadınlarla bağlı bu qadağanı da ləğv etdi

Səudiyyə Ərəbistanı qadınlarla bağlı bu qadağanı da ləğv etdi Səudiyyə Ərəbistanı qadınlarla bağlı ölkədə daha bir qadağanı ləğv edib. Ölkə tarixində ilk dəfə olaraq Aviasiya Akademiyasına qızların qəbuluna icazə verilib.
Məlumata görə, qadağanın aradan qaldırılmasından dərhal sonra yüzlərlə qadın Səudiyyənin şərqindəki Əd-Damam şəhərində yerləşən akademiyaya qəbul olmaq üçün sənəd verib.
Qeyd edək ki, akademiyada pilotlarla yanaşı, təyyarələrin təmir olunması və naviqasiya sistemlərinin idarə olunması üçün mütəxəssislər hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər