Səudiyyə Ərəbistanı ilə ABŞ 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar

Səudiyyə Ərəbistanı ilə ABŞ 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar ABŞ Ər-Riyadda prezident Donald Trampın və dövlət katibi Reks Tillersonun iştirakı ilə keçirilən mərasim zamanı Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar.

Təhsil-press.az-n verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi deyib.
"Prezident və dövlət katibi Tillerson 110 milyard dollarlıq hərbi satışlar üzrə sənədlərin imzalanması mərasimində iştirak edirlər", - nümayəndə deyib.
Onun sözlərinə görə, bu müqavilələr ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcəklər.
Ağ Evin verdiyi qiymətləndirilməyə əsasən, müqavilələr ABŞ-da minlərlə iş yerinin yaradılmasına kömək edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclərə görə, dünyada ABŞ və Çindən sonra üçüncü yerdədir.

Təhsil-press.az

Oxşar xəbərlər