Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 2-ci sayı işıq üzü görüb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun verdiyi məlumata görə, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Misir, Monqolustan alimlərinin məqalələri yer alıb.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-95”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dilçilik”, “Ədəbiyyat”, “Fəlsəfə”, “Tarix və Etnoqrafiya”, “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın 2018-ci il növbəti sayları üçün məqalə qəbulu davam edir/

Mətbuat Xidməti