Bakıda “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakıda “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilmiş “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən birgə təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Misir və digər ölkələrdən olan alimlər iştirak edirlər.
Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli böyük şair Hüseyn Cavidin yaradıcılığından danışıb.
“Kaspi” təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavidin “Topal Teymur” əsəri: tarix və müasirlik” mövzusunda məruzəsi dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər