Dekabrın 28-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva jurnalın fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı elmi-metodik əhəmiyyətini saxlamaqla, həm də mədəni-ictimai nəşr kimi böyük maraq doğurur. Jurnal ölkəmizdə rus dilinin istifadəsi və işlənməsi dairəsini, rus ədəbiyyatı və mədəniyyətinin xalqımızın ictimai-mədəni həyatı və şüurunda yerini, xalqlarımız arasında tarixi və müasir əlaqələri və s. məsələləri əhatə edir, gündəmdə saxlayır.
Tədbirdə Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova və digər çıxış edənlər jurnalın ötən illər ərzindəki fəaliyyətini yüksək dəyərləndiriblər.

BSU-nun Mətbuat Xidməti