Bakı Dövlət Universitetinin (BDU) iqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov nüfuzlu beynəlxalq “Humanitar və sosial elmlər” (“Humanities and Social Science Research”) jurnalı redaksiya heyətinin üzvü seçilib.
“Humanitar və sosial elmlər” açıq girişli, “double-blind” tipli rəydən keçirilən beynəlxalq elmi jurnaldır. “IDEAS SPREAD” nəşriyyatı tərəfindən çap olunan jurnalda antropologiya, sosiologiya, siyasət, mədəniyyət, fəlsəfə, iqtisadiyyat, təhsil, menecment, incəsənət, psixologiya, arxeologiya, dilçilik, hüquq, siyasət, ədəbiyyat, fəlsəfə və din sahələri ilə bağlı elmi məqalələr nəşr edilir.
Qeyd edək ki, ölkəmizin tanınmış iqtisadçısı olan Amil Məhərrəmov, eyni zamanda, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru, “İqtisadi və siyasi elmlər” jurnalının redaksiya şurasının sədri, yeddicildlik “Böyük İqtisadi Ensiklopediya”nın baş redaktorunun müavinidir.

Hüseyn Şərifov