Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı müəyyənləşdirilib

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı müəyyənləşdirilib Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəbəhazırlıq qrupları üçün 2018-2019-cu dərs ilinə aid tədris (məşğələ) planı təsdiq edilib. Tədris (məşğələ) planına dair “Qeydlər”ə əsasən, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarına beş yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Məktəbəhazırlıq məşğələləri həftədə dörd gün keçilir və bir gün ərzində üç məşğələ tədris olunur. Bir məşğələnin müddəti otuz dəqiqə, məşğələlərarası fasilə on dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə üç dəqiqə idmana ayrılır.

Tehsil-press.az

Oxşar xəbərlər