Bu il respublika üzrə ümumtəhsil məktəblərinin XI sinfini 83001 şagird bitirir

Bu il respublika üzrə ümumtəhsil məktəblərinin XI sinfini 83001 şagird bitirir 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX sinfini 111257, XI sinfini 83001, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 şagird bitirir.
2017-2018-ci tədris ilində respublika üzrə 4 442 ümumtəhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi gözlənilir.
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərinə 165780 uşağın qəbulu proqnozlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər