2017-2018-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün təşkil olunan ixtisasartırma təlimləri davam edir.
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə keçirilən təlimlər YUNİSEF-in elmi-metodik dəstəyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rəhbərliyi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunub.
Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.
Məktəbəhazırlıq qruplarında dərs deyəcək 870 ibtidai sinif müəllimi üçün təşkil olunan ixtisasartırma təlimlərinin oktyabrın 1-dək yekunlaşdırılması planlaşdırılır.
İxtisasartırma təlimlərinin müdavimlərinə TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 2-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində ilk dəfə olaraq paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər mentor xidmətindən yararlana biləcəklər. Xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərə qatılacaq, müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərəcək, onlar üçün qrup müzakirələri təşkil edəcəklər.
Kəmalə Rəhimli