ADU-da Azərbaycan və Çinin hərbi sənətinə həsr olunmuş seminar keçirilib

ADU-da Azərbaycan və Çinin hərbi sənətinə həsr olunmuş seminar keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 91 ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan və Çinin qədim hərbi sənəti" mövzusunda elmi seminar keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan-Çin hərbi-siyasi və hərbi-texniki əməkdaşlığının uğurlu inkişafından bəhs edib. Tədbirdə çıxış edən ADU-nun Təhcizat şöbəsinin müdiri Vahid Əliyev Azərbaycan Silahlı Qüvvələrinin tarixi barədə məlumat verib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda intensiv ordu quruculuğu başlanıb və bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularının reytinqində ən yüksək yerlərdən birini tutur. Sonra ADU Konfutsi İnstitutunun əməkdaşları Afsana Balayeva və Nigar Qocayeva qədim Çin fəlsəfə məktəbi - "Müharibə sənəti" və "Otuz altı stratagema" traktatları barədə məlumatlar veriblər. Tədbirdə Çin səfirliyinin hərbi attaşesi Çjan Tsunqo da iştirak edib.

ADU-nun Mətbuat Xidməti


ADU-da Azərbaycan və Çinin hərbi sənətinə həsr olunmuş seminar keçirilibADU-da Azərbaycan və Çinin hərbi sənətinə həsr olunmuş seminar keçirilibADU-da Azərbaycan və Çinin hərbi sənətinə həsr olunmuş seminar keçirilibADU-da Azərbaycan və Çinin hərbi sənətinə həsr olunmuş seminar keçirilibADU-da Azərbaycan və Çinin hərbi sənətinə həsr olunmuş seminar keçirilib

Oxşar xəbərlər