Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov muzey işi sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı haqqında danışıb, Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə etdiyi dövlət səfəri çərçivəsində Pekində Paytaxt Muzeyi və Sian şəhərində Terrakota Ordusu Muzeyində Çinin qədim tarixini və mədəniyyətini əks etdirən zəngin kolleksiyalar ilə tanış olduğunu xatırladıb.
Azərbaycan Milli İncəsənət Muzeyinin Arxeoloji saxsı və farfor fondunun müdiri Fidan Muradəliyeva muzeyin kolleksiyasında olan Çin farforunun bədii xüsusiyyətləri və əsas növləri barədə məlumat verib.
Azərbaycan Milli Tarix Muzeyinin işçisi Günel Alıyeva muzeyin fondunda qorunub saxlanılan və Azərbaycan – Çin ticarət əlaqələrinin Böyük İpək Yolunda tarixi ilə bağlı olan nadir eksponatlar haqqında danışıb.
Azərbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin kütləvi işlər şöbəsinin müdiri Xanım Abdinova muzeydə olan Çin musiqi alətləri kolleksiyasının xüsusiyyətləri və Böyük İpək Yolunda mədəni əlaqələrin genişlənməsində türk ənənəvi musiqi mədəniyyətinin rolundan söz açıb.

ADU-nun Mətbuat Xidməti