Banka borcu vardı, Azərbaycandan qaçarkən saxlanıldı

Banka borcu vardı, Azərbaycandan qaçarkən saxlanıldı Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində nəzarət iz zolağında iz aşkar olunub və dərhal keçirilmiş sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin İran vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, 2018-ci ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­cana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum ol­ub. Sərhəd pozucusunun üzərində Azər­bay­canda yaşa­maq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İİR realı, 58 AZN, İİR-ə məxsusu müxtəlif 6 ədəd, AR-ə məxsus plastik kart aşkar olunub.
Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Banka borcu vardı, Azərbaycandan qaçarkən saxlanıldı

Tehsil-press.az

Oxşar xəbərlər