Manaf Mətanətin videosunu yayanları tapdı - “Diz çöküb üzr istədilər”

Manaf Mətanətin videosunu yayanları tapdı - “Diz çöküb üzr istədilər” Müğənni Mətanət Əsədova “Hər şey daxil” verilişinin qonağı olub. O, videosunu yayan şəxs barədə Manaf Ağayevin tədbir gördüyünü bildirib.
“Bəzi adamlar dedi ki, niyə Manaf sosial şəbəkədə paylaşım etmədi, dəstək durmadı. Ancaq bu səhər saat 07:00-a qədər Manaf mənimlə olub”, - deyə Əsədova bildirib.
Verilişə telefonla bağlanan Manaf isə bildirib ki, həmin adamlar Mətanətin qarşısında diz çöküblər:
“Həmin adamları tapıb, gətirdim. Diz çöküb Mətanətdən üzr istədilər”.
Qeyd edək ki, müğənninin içki süfrəsində çəkilən videosu sosial şəbəkədə geniş rezonans yaradıb.

Tehsil-press.az

Oxşar xəbərlər