Sosial şəbəkədə gənc qadınlara yaxşı iş və ya evlənmək adı ilə dostluq göndərib onları şantaj edən cinayətkarlar peyda olub.
Tehsil-press.az xəbər verir ki, belə bir hadisədən zərərçəkən şəxs bu gün “Xəzər Xəbər”ə danışıb. Söhbət əsnasında həmin şəxs gənc qadını işlə təmin edəcəyini deyib görüşə dəvət edib. Bir neçə gün virtual danışıqdan sonra gənc qadın həmin şəxslə görüşüb.
Təxminən 35-40 yaşlı həmin şəxs qadının şəkillərini əldə etdikdən sonra onu sosial şəbəkədə paylaşacağını deyib pul istəyib. Fidan Əliyeva qohum-tanış arasında rüsvay olacağından qorxub sosial şəbəkə cinayətkarına 500 manat pul verib ki, şəkilləri yaymasın.
Qadının dediyi kimi, o belə faktlara bir neçə şəxsə qarşı törətsə də çoxu qorxudan polisə və ya ailəsinə demir. Məsələ sosial şəbəkə üzərindən törədilmiş cinayətləri aktuallaşdırır. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “Labirintdən çıxış” adlı layihə hazırlayır ki, məqsəd sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır.
tehsil-press.az