Nizami rayonunda yol çöküb - Kanalizasiya kollektoru partlayıb

Nizami rayonunda yol çöküb - Kanalizasiya kollektoru partlayıb Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.
Qurumdan bildirilib ki, dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub.
Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.
Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq.
Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təhsil-press.az

Oxşar xəbərlər