Bakı Slavyan Universitetində (BSU) tələbə adını qazanmış abituriyentlərin qeydiyyatı davam etməkdədir. Bu il plan üzrə BSU-ya 1085 tələbənin qəbulu nəzərdə tutulub. Belə ki, 987 nəfər artıq BSU-nun müxtəlif ixtisasları üzrə seçim edib. Bu ali təhsil ocağının rektoru, professor Nurlana Əliyevanın əmri ilə 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə sənəd qəbulu üzrə komissiya yaradılıb.
BSU-nu seçən tələbələrin yarıdan çoxu artıq qeydiyyatdan keçib. O deyib: “Valideynlər qeydiyyatın operativ aparılmasından və komissiya üzvlərinin işindən razılıq edirlər”.
Qeydiyyat avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək aparılır. Qeydiyyat üçün lazımi sənədlərin siyahısı BSU-nun internet və rəsmi “Facebook” səhifələrində yerləşdirilib.
Dövlət İmtahan Mərkəzi müəyyənləşdirilmiş müddətdə qeydiyyatdan keçməyən abituriyentin qəbul haqqında əmrini müvafiq ali məktəbə göndərməyəcək.

BSU-nun Mətbuat Xidməti