Bütün ali təhsil müəssisələrində olduğu kimi, ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyata alınmasının I mərhələsi avqustun 25-də başa çatıb.
ADPU-nun rektorunun imzaladığı müvafiq əmrlə universitetdə 2017-2018-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili edilməsi və sənəd qəbulunun müvafiq qaydada həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.
İşçi qrupuna ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanılıb işlənilməsi tapşırılıb. İşçi qrupu ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-a kimi fəaliyyət göstərib və ADPU-ya qəbul olunmuş tələbələrin qanun çərçivəsində qeydiyyata alınmalarını və sənədləşmənin düzgün aparılmasını təşkil edib.
Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılıb. Qeydiyyat rahat və çevik təşkil edilib. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilib. Eyni zamanda ADPU-nun Ağcabədi, Şəki, Quba, Şamaxı və Cəlilabad filiallarında tələbələrin qeydiyyatının aparılması üçün də filiallarda da müvafiq İşçi qrupları yaradılıb və filiallarda qeydiyyatın lazımi səviyyədə aparılması təmin edilib.
Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. ADPU-ya 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib.
Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olmuşdur.
Ötən ildən fərqli olaraq isə bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
2017-2018-ci tədris ili üçün “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2%-i, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.
Məlumat üçün onu da qeyd edək ki, yeni tədris ilində ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 195 nəfər, Quba Filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 108 nəfər,
Cəlilabad Filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub.
ADPU-nun 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb.
2017-2018-ci tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 18 ixtisas, 19 ixtisaslaşma üzrə 415 plan yeri ayrılıb. Magistraturaya 383 nəfər qəbul olunub. Magistraturaya qəbul 92%-dən yuxarı olub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.
ADPU-nun rəhbərliyi bir daha universitetə qəbul olunan bütün tələbə-gəncləri, eləcə də onların valideynlərini ürəkdən təbrik edir, gənclərə həyatda və təhsildə yeni-yeni uğurlar arzulayır.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi