"Nə olur, gəlməyin..."

Türkiyənin əsas turizm yerlərindən olan Çeşmədə 9 günlük Qurban Bayramı tətili ilə əlaqədar bütün otellər və obyektlər dolub. Çimərliklərdə, küçələrdə addımlamaq mümkün deyil.
Çeşmədə məskunlaşma 25 dəfə artaraq 1 milyon nəfərə çatıb. İstər ölkə daxilindən, istərsə də, xaricdən bölgəyə axın edən turistlərin sayı çox yüksəkdir.
Çeşmə Otelçiler Birliyinin sədri Yaqub Demir otellərin yüz faiz dolduğunu dilə gətirərək artıq ölkə xaricindən də turistləri qəbul etdiklərini deyir: “Artıq qürbətdən də Çeşməyə gəlirlər. Mövsümdə gələn qonaqların 40 faizi əcnəbilərdir. Bu vəziyyət bayram günləri də davam edir".
O, həmçinin bayram tətilində Çeşməyə getməyi düşünənlərə "İndi gəlməyin sentyabr ayında gəlin" deyə mesaj göndərib: "Çeşmədə ev sahibi olaraq “gəlməyin” demək çox çətindir, amma bunları demək lazımdır, çünki yer olmadığından gələnlər ortalıqda qalır. Çeşmə dolu olduğu kimi ətrafındakı Seferihisar, Gümüldür də doludur. Turistləri artıq buralara da yönləndirə bilmirik. Çimərliklər, küçələr, otellər doludur. Rica edirik, Çeşməyə gəlmək istəyənlər, nə olar gəlməyin, sentyabr ayında gəlin. Gözəl bir tətil ayı keçirin. Qiymətləri də 50 faiz aşağıya salacağıq. Daha sərfəli, daha rahat bir tətil keçirə bilərsiniz”, - deyə Y. Demir qeyd edib.
Çeşmənin tam mənasıyla bayram etdiyini söyləyən Çeşmə Bələdiyyə sədri Muhittin Dalğıç bölgədə aprel ayından bu yana turist sıxlığının davam etdiyini bildirib: “Çeşmə bayram tətiliylə birlikdə gerçək mənada bayram edir. Ciddi bir sıxlıq var. Aprel ayından bəri bu sıxlığı yaşayırıq. Keçən illərdəki böhranlar da bizə təsir etmədi. Bu il də çox yaxşı vəziyyətdəyik. Çeşmə üç aylıq turizm fəaliyyətini artıq ilin bütün dövrlərinə yayıb. Bundan sonra da müxtəlif festivallarımız olacaq. Bu mövsümü noyabr ayının ortalarına doğru velosiped yarışıyla tamamlayacağıq”, - deyə bələdiyyə sədri vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər