Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2018/2019-cu tədris ili üçün iqtisadiyyat, dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, menecment, turizm və otelçilik, biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, poliqrafiya mühəndisliyi, ekologiya, meşəçilik, politologiya, beynəlxalq münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, psixologiya, fəlsəfə, dizayn ixtisasları üzrə əyani, qiyabi və distant təhsil formalarında ikinci ali təhsil üzrə qəbul elan edir.
Bu ixtisaslar üzrə təhsil yalnız əyanı formada aparılır. İkinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. İkinci ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəl aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
İkinci ali təhsil almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiqlənmiş surətini, əmək kitabçasının surətini (işlədiyi halda), 3x4 sm ölçüdə altı ədəd fotoşəkil, şəxsiyyət vəsiqəsinin surətini, oğlanlar hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surətini təqdim etməlidirlər.
Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər. İkinci ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə ikinci ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər.
Təhsil Azərbaycan və rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyənləşdirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli bakalavr diplomu veriləcək.
Sənədlər sentyabrın 1-dək həftənin I-V günləri saat 10.00-dan 17.00-dək qəbul olunur.
Ünvan: Qərbi Kaspi Universiteti, İstiqlaliyyət küçəsi, 27
Əlaqə nömrəsi: (012) 492-61-63
Elektron ünvan: [email protected]
Tehsil-press.az