Prezident fərman imzaladı

Prezident fərman imzaladı Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilir ki “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.4-cü, 7.0.6-cı, 7.0.7-ci, 12.3-cü, 20.5-ci maddələrində, 21.11-ci maddəsinin birinci cümləsində (hər iki halda), 21.13-cü maddəsində, 22.16-cı maddəsinin ikinci cümləsində (hər iki halda), 24.7-ci, 28.1-ci, 32.3-cü və 33.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 7.0.4-cü, 7.0.6-cı, 7.0.7-ci, 20.5-ci maddələrində, 21.11-ci maddəsinin birinci cümləsində (hər iki halda), 21.13-cü, 22.16-cı maddəsinin ikinci cümləsində (hər iki halda), 24.7-ci, 28.1-ci və 32.3-cü maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; həmin Qanunun 12.3-cü və 33.4-cü maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər